Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Paşinyan Qazaxıstanın TRIPP layihəsinə marağından danışdı

2 dəq
Paylaş:
Paşinyan Qazaxıstanın TRIPP layihəsinə marağından danışdı

Trampın Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinə maraq göstərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın Nikol Paşinyan brifinq zamanı bildirib.

"Avqust ayından bəri Qazaxıstan TRIPP-ə olan marağını gizlətməyib. Onları maraqlandıra biləcək şey yeni rabitə marşrutunun açılması idi. Bilirsiniz, Qazaxıstan beynəlxalq nəqliyyat sektorunda, xüsusən də Çinə və Çindən mal axını baxımından ən böyük oyunçulardan biridir. Qazaxıstandan olan tərəfdaşlarımız hansı nəqliyyat imkanlarının açıldığını və bunun onlara necə təsir edəcəyini daha ətraflı anlamağa çalışırlar", – deyə o bildirib.

əlavə edib ki, Qazaxıstan layihəyə maraq göstərən yeganə ölkə deyil: “Bu, açıq bir prosesdir və biz bunu tərəfdaşlarımızdan gizlətməyə hazır deyilik. Təbii ki, biz Qazaxıstanı da digər ölkələrlə yanaşı, Ermənistandan keçən marşrutlardan ixrac, idxal və nəqliyyat zəncirinin bir hissəsi kimi nəzərdən keçirmək üçün istifadə etməyə dəvət etməyə hazır olmalıyıq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax