Əsas məzmuna keç

Paşinyan Azərbaycanla dəmir yolu əlaqəsinin önəmini açıqladı

Paşinyan Azərbaycanla dəmir yolu əlaqəsinin önəmini açıqladı

Nikol Paşinyan İrəvanda Yermek Koşerbayevlə iqtisadi canlanmanı müzakirə etdi. Qazaxıstanla yeni aviareyslər və TRIPP layihəsinin detalları nələrdir? Daha ətraflı:

en ru

və Qazaxıstan arasında ticari-iqtisadi əlaqələr və regional əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.

“Operativ Məlumat Mərkəzi-OMM”-in Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Ermənistanın Baş naziri Nikol İrəvanda Qazaxıstanın naziri Koşerbayevlə görüşü zamanı regionda baş verən proseslərin ikitərəfli əməkdaşlığa müsbət təsir göstərdiyini bildirib.

Görüş zamanı Nikol Paşinyan qeyd edib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər çoxplanlı əməkdaşlığın inkişafını stimullaşdırır. O xüsusilə vurğulayıb ki, , Rusiya və Gürcüstan vasitəsilə qurulmuş dəmir yolu əlaqəsi iki ölkə arasında ticari-iqtisadi dövriyyənin genişlənməsinə yeni təkan verir.

Öz növbəsində, Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev mövcud dəmir yolu xəttinin iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə inkişaf etdirəcəyinə əminliyini ifadə edib. Nazir həmçinin regional kommunikasiya yollarının blokdan çıxarılmasının strateji vacibliyinə diqqət çəkib.

Bu çərçivədə Qazaxıstanın TRIPP ("Tramp marşrutu") layihəsinə dəstəyi bir daha təsdiqlənib. Yermek Koşerbayev bildirib ki, rəsmi Astana bu layihənin həyata keçirilməsində və regional ticari-iqtisadi əlaqələrin şaxələndirilməsində yaxından maraqlıdır.

Görüşün yekununda Nikol Paşinyan və Yermek Koşerbayev infrastruktur, tikinti, kənd təsərrüfatı, texnologiyalar, aviasiya və turizm sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Yaxın vaxtlarda Ermənistan və Qazaxıstan arasında birbaşa aviareyslərin açılmasının əlaqələrin inkişafı üçün xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Qatar cədvəli

06:08 Növbəti qatar · Bakı → Sumqayıt Bütün qatarlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…