Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas çoxlu tarix kitabları oxuduğunu və bunun onu daha savadlı edəcəyinə ümid etdiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi–OMM”-in məlumatına görə, Kallas bu barədə Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Siyasətçi oxuduğu kitabların siyahısının kifayət qədər geniş olduğunu bildirib. Onun sözlərinə görə, hazırda müxtəlif regionların tarixinə dair ədəbiyyatlarla tanış olur. Kallas hansı kitabı oxuduğunu açıqlamaq istəmədiyini vurğulayaraq, oxunuşu başa çatdırdıqdan sonra “çox ağıllı olacağına” ümid etdiyini deyib.
Bu fikirlər Kaya Kallasın jurnalistlərdən birinin ona Suriya tarixi ilə bağlı kitab hədiyyə etməyi təklif etməsinə cavabı zamanı səsləndirilib.