Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kats İrana hücumun detallarını açıqladı

2 dəq
Paylaş:
Kats İrana hücumun detallarını açıqladı

İsrailin İsrael Kats rəsmi şəkildə İranın ali lideri Əli Xameneinin öldürülməsinə hazırlıq planlarının təfərrüatlarını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Nazir bildirib ki, hələ noyabr ayında Binyamin Netanyahu Xamenei rejimini aradan qaldırmağı qarşıya məqsəd qoymuşdu. Həmin vaxt İsrail Müdafiə Qüvvələri"Mossad" ilə məsləhətləşmələrdən sonra üçün son müddət bu ilin ortalarına təyin edilmişdi. Bu qərar əldə edilmiş kəşfiyyat məlumatlarına və "Am Kalavi" əməliyyatının (İsrailin İrana qarşı 2025-ci ilin yayında həyata keçirdiyi əməliyyat) nəticələrinə əsaslanıb.

Katsın sözlərinə görə, "Am Kalavi" əməliyyatı çərçivəsində İsrail qənaətbəxş nəticələr əldə edib, xüsusilə İranın nüvə və raket proqramını alt-üst edib. "Lakin onların bu imkanları bərpa edə bilməyəcəklərinə əmin olmaq lazım idi", - deyə o izah edib.

həmçinin qeyd edib ki, proses zamanı İsrailin ilə ABŞ Prezidenti arasında strateji danışıqlar və görüşlər keçirilib.

Kats sonda vurğulayıb: "Əvvəlcə bir növ dialoq, daha sonra isə İranda iğtişaşlar başladı. Lakin etirazların təzyiqi altında rejimin İsrail Dövlətinə və regiondakı ABŞ qüvvələrinə qabaqlayıcı zərbə endirə biləcəyi ilə bağlı ciddi narahatlıqlar yarandı. Onlar bizim izlədiyimiz və haqqında xəbərdar olduğumuz planlar hazırlamışdılar. Nəticədə aydın oldu ki, əməliyyatı sürətləndirmək lazımdır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax