Karlsenin finaldakı rəqibi məlum oldu

Karlsenin finaldakı rəqibi məlum oldu
21.09.2023 14:49
Aa
dəq

Amerikalı şahmatçı Hikaru Nakamura “Speed Chess Championship 2023” onlayn sürətli şahmat turnirinin finalına yüksəlib. O, yarımfinalda fransalı Maksim Vaşye-Laqravı 16,5:11,5 hesabı ilə məğlub edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Nakamuranın finaldakı rəqibi FIDE reytinqində birinci yerdə qərarlaşan norveçli Maqnus Karlsen olacaq. Keçmiş dünya çempionu digər yarımfinalda amerikalı Vesli Soya qalib gəlib (22:7).

Turnirin finalı sentyabrın 22-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Nakamura ardıcıl yeddinci dəfədir ki, finalda çıxış edəcək.

Xatırladaq ki, turnir sentyabrın 4-dən 22-dək chess.com platformasında onlayn keçirilir. Yarış iştirakçılarının orta reytinqi 2760,25-ə bərabərdir. Turnirin ümumi mükafat fondu 150 min dollardır.

Həftənin ən çox oxunanları

Azərbaycan basketbol klubu növbəti transferləri reallaşdırıb

Azərbaycan basketbol klubu növbəti transferləri reallaşdırıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanı "Oil Capital Cup" turnirində təmsil edəcək güləşçilər müəyyənləşib

Azərbaycanı
DAVAMIN OXU davamın oxu

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi və çempionatı başa çatıb

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi və çempionatı başa çatıb
DAVAMIN OXU davamın oxu

Formula 1-ə görə bağlanan yollar bu tarixdə AÇILACAQ

Formula 1-ə görə bağlanan yollar bu tarixdə AÇILACAQ
DAVAMIN OXU davamın oxu

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar
DAVAMIN OXU davamın oxu