Operativ Məlumat Mərkəzi

"Kapital Bank"ın Müşahidə Şurasının yeni sədri kimdir? - DOSYE

2 dəq
Paylaş:
"Kapital Bank"ın Müşahidə Şurasının yeni sədri kimdir? - DOSYE
Xəbər verdiyimi kimi, "Kapital Bank" ASC-nin İdarə Heyətinin (İH) sədri Rövşən Allahverdiyev vəzifəsindən azad edilərək qurumun Müşahidə Şurasının (MŞ)...

Xəbər verdiyimi kimi, "Kapital Bank" ASC-nin İdarə Heyətinin (İH) sədri Rövşən Allahverdiyev vəzifəsindən azad edilərək qurumun Müşahidə Şurasının (MŞ) sədri təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" Rövşən Allahverdiyev dosyesini təqdim edir.

Rövşən Allahverdiyev 11 yanvar 1972-ci ildə Bakı şəhərində anadan olub. 1989-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və sosiologiyası” fakültəsində oxuyub. İxtisasca iqtisadçıdır. Hələ ali məktəbdə oxuduğu zaman, 1992-ci ildə ilk özəl banklardan olan "Xəyal Bank"da işləməyə başlayıb.

1996-cı ildən 2002-ci ilədək "Arko Bank"da işləyib və İdarə Heyəti sədrinin müavini vəzifəsinə qədər yüksəlib. 2002-ci ildə "Zamin Bank"da işləyib. 2003-cü ildə Qafqaz "İnkişaf Bank"da İdarə Heyəti sədrinin müavini olub. Sonra 2006-cı ilədək "Texnika Bank"da işləyib

2007-2013-cü illər ərzində "Paşa Bank"da İdarə Heyəti sədrinin müavini vəzifəsində olub. 2013-cü ilin iyununda "Kapital Bank"ın İdarə Heyətinin sədri kimi çalışıb.
Rövşən Allahverdiyev "Kapital Bank"dakı filial şəbəkəsinin və biznes proseslərin transformasiyası layihəsinə rəhbərlik edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər