Operativ Məlumat Mərkəzi

"Kapital Bank"ın İdarə Heyətinin yeni sədri kimdir? - DOSYE

1 dəq
Paylaş:
"Kapital Bank"ın İdarə Heyətinin yeni sədri kimdir? - DOSYE
Fərid Hüseynov Kapital Bankın İdarə Heyəti sədri təyin edildi. İqtisad elmləri doktorunun tam dosyesi.

Xəbər verdiyimiz kimi, Fərid Hüseynov "Kapital Bank"ın İdarə Heyətinin sədri təyin edilib.

"Operativ Məlumat Mərkəzi - OMM" Fərid Hüseynovun dosyesini təqdim edir.

F. Hüseynov iqtisad elmləri doktorudur. Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin məzunudur. Bank sektorunda 16 illik zəngin təcrübəyə malikdir.

O, 2015-ci ildən "Kapital Bank"da çalışır. 2015-ci ilin mayından İdarə Heyəti sədrinin müavini və Baş əməliyyat inzibatçı, 2017-ci ilin fevralından isə "Kapital Bank"ın İdarə Heyəti sədrinin birinci müavinidir.

Professional fəaliyyətinə 2001-ci ildə "Bank of Baku"-da "Qeyri-ticarət əməliyyatlar şöbəsinin mütəxəssisi” vəzifəsində başlayan Fərid Hüseynov, 2015-ci ilə qədər çalışdığı Bankın ən yüksək - İdarə Heyətinin Sədri vəzifəsinə qədər yüksələ bilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər