Gəncə təmsilçisi “Kəpəz” futbol klubunun 24 yaşlı oyunçusu Veysəl Rzayev bıçaq xəsarəti alıb.
Daxili İşlər Nazirliyinin Gəncə Regional Qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü V. Rzayev şəxsi mübahisə zəminində bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu qeyd olunur.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.