Kanada Rusiya səfiri Oleq Stepanovu Aleksey Navalnının həbsxanada ölümü ilə bağlı Xarici İşlər Nazirliyinə çağırıb.
"Operativ Məlumat Mərkəzi -OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məsələ ilə bağlı Kanada hökumət sözçülərindən İzabella Orozko-Madison açıqlama verib.
Orozko-Madison bildirib ki, Xarici İşlər Nazirliyinə çağırılan Rusiyanın Ottavadakı səfiri Stepanova Navalnının ölümü ilə bağlı “tam və şəffaf” araşdırma aparılmalı olduğu barədə məlumat verilib.
Digər siyasi məhbuslarla bağlı narahatlıqların da dilə gətirildiyini qeyd edən Orozko-Madison, "Kanada Navalnıya qarşı insan haqlarının pozulmasında iştirak edənlərə sanksiya tətbiq edib. Onun ölümünə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək üçün tərəfdaşlarımıza qoşulacağıq", - deyə qeyd edib.