Kanada Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün bu ölkəyə Amerika AIM raketləri tədarük edəcək.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fedorov sosial media platforması X-də məlumat verib. Nazir raketlərin sayını açıqlamasa da, onların çatdırılmasının artıq başladığını bildirib.
Bundan əlavə, Fedorovun sözlərinə görə, kanadalı həmkarı Devid MakQinti ilə telefon danışığı zamanı tərəflər dronların birgə istehsalı, hərbi təlimlər və iki ölkənin orduları arasında döyüş təcrübəsinin mübadiləsi məsələlərini müzakirə ediblər.