Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edib

Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edib
23.04.2024 17:53
Aa
dəq

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, aprelin 23-də Baş prokuror Kamran Əliyev Sabunçu rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Sabunçu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 116 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

Həftənin ən çox oxunanları

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq
DAVAMIN OXU davamın oxu

Elvin Balacanov: “Kiberbullinqlə bağlı hüquqi cəhətdən qanunvericilikdə anlayış yoxdur”

Elvin Balacanov: “Kiberbullinqlə bağlı hüquqi cəhətdən qanunvericilikdə anlayış yoxdur”
DAVAMIN OXU davamın oxu

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb
DAVAMIN OXU davamın oxu

Kəlbəcər şəhərinin Baş Planının detalları açıqlanıb

Kəlbəcər şəhərinin Baş Planının detalları açıqlanıb
DAVAMIN OXU davamın oxu

Əfv Məsələləri Komissiyasının iclası təxirə salınıb - YENİLƏNİB

Əfv Məsələləri Komissiyasının iclası təxirə salınıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu