Əsas məzmuna keç

Kambocanın Baş naziri oktyabrda Bakıya gəlir

Kambocanın Baş naziri oktyabrda Bakıya gəlir

Hun Manet paytaxtımızdakı mötəbər tədbirə qatılacaq. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin gündəliyi və mühüm görüşlərin detalları xəbərdə.

en ru

Kambocanın Hun cari ilin oktyabrında Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə iştirak edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Kambocaya işgüzar səfəri çərçivəsində bu ölkənin Baş naziri ilə görüşündə qeyd olunub.

Bildirilib ki, E.Əmirbəyov görüş zamanı İlham Əliyevin oktyabr ayında Azərbaycanın ev sahibliyi ilə Bakıda keçiriləcək AQEM-in VII Zirvə Görüşünə dəvət məktubunu Kambocanın Baş naziri Hun Manetə təqdim edib.

Kambocanın Baş naziri də dəvəti məmnunluqla qəbul etdiyini və tədbirdə iştirak etmək niyyətində olduğunu vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…