Aİ xarici işlər naziri Kaya Kallas Aİ xarici işlər nazirləri ilə video danışığından sonra bildirib ki, Ukraynanın Rusiya ilə münaqişədə uduzduğu iddiası "yalandır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
"Sülhə nail olmaq şanslarını artırmaq üçün biz də Rusiyaya təzyiqi artırmalıyıq. Ukraynanın uduzması fikri də tamamilə yalandır. Rusiya Ukraynanı hərbi yolla fəth edə bilsəydi, indiyə qədər bunu edərdi", - o hesab edir.
Ukrayna və Avropa üçün "ən yaxşı nəticəni" təmin etmək üçün "biz kursumuzda qalmalıyıq",- deyə Kallas qeyd edib.
Siyasətçi həmçinin vurğulayıb ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli çərçivəsində Rusiya ordusu və hərbi büdcəsini “məhdudlaşdırmaq” lazımdır.