Operativ Məlumat Mərkəzi

Kaliforniyada çovğun fəsadlar törədib

2 dəq
Paylaş:
Kaliforniyada çovğun fəsadlar törədib
Kaliforniya və Nevada çovğunla əlaqədar 15 mindən çox ev işıqsız qalıb. Çovğun, xüsusilə, Syerra Nevada regionunda həyatı iflic edib. Burada küləyin...

ABŞ-nin Kaliforniya və Nevada ştatları sakinləri qar və şaxtadan əziyyət çəkdiyi bir vaxtda ölkənin Texas ştatında meşə yanğınları tüğyan edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniya və Nevada çovğunla əlaqədar 15 mindən çox ev işıqsız qalıb.

Çovğun, xüsusilə, Syerra Nevada regionunda həyatı iflic edib. Burada küləyin sürəti bəzi yerlərdə saatda 305 metrə çatıb.

İnsanlara qar uçqunları ilə bağlı xəbərdarlıq edilib. Qış istirahət mərkəzləri, eyni zamanda, Yosemit Milli Parkı fəaliyyətini dayandırıb.

Texas sakinləri isə ştat tarixinin ən genişmiqyaslı meşə yanğınlarından əziyyət çəkirlər. Güclü külək alovun sürətlə yayılmasına səbəb olur.

Qubernator Qreq Ebbot ştat ərazisində 500-ə yaxın tikilini yanaraq külə çevrildiyini bildirib.

O, sakinləri ayıq-sayıq olmağa çağırıb.

Yanğın 2 nəfərin ölümünə səbəb olub və indiyə qədər 404 min hektardan çox əraziyə yayılıb.

Onun cəmi 15 faizini lokallaşdırmaq mümkün olub. Rəsmilər yanğının təsərrüfat üçün böyük təhlükə törətdiyini deyiblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər