ABŞ-ın Florida ştatındakı Kape Kanaveral şəhərindəki Kennedi Kosmik Mərkəzindən "Crew 8" missiyası üçün Dragon kapsulunu daşıyan SpaceX Falcon 9 raketi uçuş-enmə zolağından buraxılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rusiyalı kosmonavt və missiya mütəxəssisi Aleksandr Qrebenkin və NASA astronavtları pilot Maykl Barratt, komandir Metyu Dominik və missiya mütəxəssisi Jeanette Eppsi altı aylıq ekspedisiya üçün Beynəlxalq Kosmik Stansiyaya (BKS) aparacaqlar.