Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mövsümi qripdən necə qorunmalı? – Həkim tövsiyələri

3 dəq
Paylaş:
Mövsümi qripdən necə qorunmalı? – Həkim tövsiyələri

Hazırda qrip cəmiyyətdə geniş yayılmaqda davam edir. Son günlər tibb müəssisələrinə yüksək hərarət, öskürək və ümumi halsızlıq əlamətləri ilə müraciət edənlərin sayında artım müşahidə olunur.

Bəs mövsümi qrip nədir və necə yayılır?

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan Səhiyyə Nazirliyinin -eksperti, - Zakir mövsümi qripin ciddiyə alınmalı xəstəliklərdən biri olduğunu vurğulayaraq, vətəndaşları vaxtında qoruyucu tədbirlər görməyə çağırıb.

b6f6ee0f-6e87-4c74-a857-c26e1a4f6f89.jpg

Onun sözlərinə görə, mövsümi qrip influenza virusu tərəfindən törədilən kəskin respirator xəstəlikdir və əsas yoluxma yolu hava-damcı mexanizmidir.

Mövsümi qripdən qorunmağın ən effektiv yolları hansılardır?

Zakir Quliyev bildirib ki, xəstəlikdən qorunmağın ən effektiv və spesifik yolu vaksinasiyadır. Hazırda ölkəmizdə Avropanın ən qabaqcıl ölkələrində istehsal olunan qrip əleyhinə vaksinlər tam ödənişsiz şəkildə xəstəxana və poliklinikalarda vətəndaşların istifadəsinə verilib. Hər bir şəxs bu vaksini pulsuz vurdura bilər və bu, qripdən qorunmağın ən etibarlı yoludur.

Ev şəraitində görülə biləcək ilkin tədbirlər nələrdir?

Terapevt qeyd edib ki, vaksinasiyadan əlavə, qeyri-spesifik qorunma tədbirləri də olduqca vacibdir. Xüsusilə maskadan istifadə, sosial məsafənin qorunması və şəxsi gigiyena qaydalarına əməl olunması hava-damcı yolu ilə yayılan xəstəliklərə qarşı ən düzgün yanaşmadır.

Qrip zamanı hansı fəsadlar yarana bilər?

Mütəxəssis qripin çox zaman cəmiyyət tərəfindən bəsit qiymətləndirildiyini, lakin bunun yanlış yanaşma olduğunu deyib.

Onun sözlərinə görə, qrip ciddi fəsadlara yol aça bilər. Bu fəsadlar arasında ən təhlükəlisi *
pnevmoniya, ağciyərin iltihabıddır. Bundan başqa, xəstəlik orta qulağın iltihabı, beyin damarlarının və hətta beyin qişalarının iltihabına qədər ağırlaşa bilər.

Zakir Quliyev sonda immun sisteminin gücləndirilməsinin vacibliyinə də diqqət çəkib. O bildirib ki, sağlam və balanslı qidalanma, düzgün yuxu rejimi, stresin nəzarətdə saxlanılması və aktiv həyat tərzi immunitetin qorunmasında mühüm rol oynayır.

Mütəxəssis vətəndaşları qripi yüngül xəstəlik kimi qəbul etməməyə və profilaktik tədbirlərə ciddi yanaşmağa çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax