Aprel ayının sonu Robert Levandovski üçün olduqca həlledici dövrə çevrilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, polşalı hücumçu ən azı bir illik gələcəyini müəyyən edəcək qərarı qısa müddətdə verməlidir.
Bu ərəfədə "Juventus" klubu prosesə müdaxilə edərək diqqətləri üzərinə çəkib.
İnsayder Nikolo Skiranın məlumatına görə, Turin təmsilçisi futbolçuya illik 6 milyon avro maaşla bir illik müqavilə təklif edir.
Hücumçunun yaşı və A Seriyasındakı gəlir səviyyəsi nəzərə alındıqda, bu, olduqca cəlbedici məbləğ hesab olunur.
Futbolçunun özü isə daha bir mövsüm "Barcelona" klubunda qalmaq istəyir. Kataloniya təmsilçisi buna etiraz etməsə də, maaşın əhəmiyyətli dərəcədə azaldılmasını tələb edir. Levandovskinin yekun qərarını aprelin sonunadək verəcəyi gözlənilir.