“Yuventus” heyətini gücləndirmək istiqamətində addımlar atır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi “Udineze”nin nigeriyalı qapıçısı Maduka Okoyeni transfer etməyi ciddi şəkildə nəzərdən keçirir.
“Yuventus” artıq 26 yaşlı futbolçunun qiyməti ilə bağlı ilkin məlumatları əldə edib.
“Udineze” klubu öz qapıçısı üçün təxminən 15 milyon avro tələb edir.
Qeyd edək ki, “Yuventus” növbəti mövsüm üçün yeni qapıçı axtarışındadır.
Klub rəhbərliyi ilkin mərhələdə “Aston Villa”nın qolkiperi Emiliano Martinesin transferi ilə bağlı danışıqlar aparsa da, argentinalı futbolçunun keçidində yaranan çətinliklər onları alternativ variantlara yönəldib.
Hazırda Okoye Turin klubunun əsas prioritetlərindən birinə çevrilib.
Geridə qalan mövsümdə Maduka Okoye “Udineze”nin heyətində 30 qarşılaşmada meydana çıxıb.
O, bu oyunların 10-da qapısını toxunulmaz saxlamağı bacarıb və komandasının A Seriyasında 10-cu yeri tutmasında mühüm rol oynayıb.
Mövsümün əvvəlini diskvalifikasiya səbəbindən buraxmasına baxmayaraq, nigeriyalı qapıçı əsas heyətə qayıdaraq inamlı oyunu ilə bir sıra Avropa klublarının diqqətini cəlb etməyi bacarıb.