Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yaponiyada Rusiya mədəniyyət festivalı keçiriləcək

2 dəq
Paylaş:
Yaponiyada Rusiya mədəniyyət festivalı keçiriləcək

Yaponiyada 21-ci Rusiya Mədəniyyəti Festivalının açılışı keçiriləcək.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Mərasim 11 may tarixində Tokioda, Ginza Blossom Konsert Zalında baş tutacaq. Açılışda rus ifaçısı Aleksandr Ramm, klarnet ifaçısı Nikita Lyutikov və pianoçu Timofey Vladimirov çıxış edəcəklər.

Tədbirdə həmçinin yapon – bas ifaçısı Tomoya Vatanabe, soprano Asami Hattori, skripkaçı Kokoro İmagava və violonçel ifaçısı Makio Horie də səhnə alacaqlar.

Rusiya Prezidentinin Mədəni üzrə nümayəndəsi Mixail Şvıdkoy iştirakçılarını zəngin və möhtəşəm proqramın gözlədiyini bildirib. Onun sözlərinə görə, tədbir çərçivəsində pianoçu Denis Matsuev, İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı, Sankt-Peterburq Filarmoniyası Simfonik Orkestri, klassik balet truppaları və digər tanınmış musiqiçilər çıxış edəcəklər.

Festival çərçivəsində Tokio sakinləri və şəhərin qonaqları rus və yapon sənətçilərinin birgə çıxışlarını izləyə, həmçinin sərgilərə və film nümayişlərinə qatıla biləcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax