Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrail Livanda yaşayış kompleksini atəşə tutdu

2 dəq
Paylaş:
İsrail Livanda yaşayış kompleksini atəşə tutdu

İsrailin Baalbekə nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyinə (NNA) istinadən məlumat yayıb.

Bildirilib ki, İsrailin Beyrutun şimal-şərqində Baalbek şəhərindəki kompleksinə endirdiyi hava hücumu nəticəsində ölənlərin sayı beşə çatıb, 15 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatlarında müxtəlif qurumlar iştirak edir.

Baalbek şəhərinin meri qeyd edib ki, zərər görən kompleksdə yalnız ailələr yaşayır. Livanın daha əvvəl bildirib ki, 2 mart səhəri ilə 3 mart axşamı arasında İsrailin hücumları nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb, 335 nəfər yaralanıb.

"Əl-Cəzirə"nin məlumatına görə, İsrail ordusu 4 martda Livanın cənubundakı 16 kəndin sakinlərini təxliyə etmələri barədə xəbərdar edib. İsrail qüvvələri həmçinin Əl-Hazmiyyə yolu və Baalbek yaxınlığındakı bir otelə atəş açıb.

Bundan əlavə, Hizbullah 4 mart səhəri İsrailin şimalındakı Metula şəhəri yaxınlığındakı İsrail qoşunlarının toplanma məntəqəsinə raket hücumu elan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax