İsrail Müdafiə Ordusunun (IDF) İranın enerji infrastrukturu obyektinə zərbə endirib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə "Ynet" israilli məmura istinadən xəbər verir.
O qeyd edib ki, zərbə neft bazasına dəyib.
Öz növbəsində, "The Times of Israel" qəzeti IDF-dəki nümayəndəyə istinadən bildirib ki, neft bazası İranın cənub-qərbindəki Mahşəhrdə yerləşir.
***
İsrail Müdafiə Qüvvələri (İMQ) İranın mərkəzi və qərbindəki hərbi hədəflərə zərbələr endirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, hücum İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.
Axios-un Amerika rəsmisinə istinadən verdiyi məlumata görə, bu hava hücumları miqyasca "nisbətən məhdud" olub.