İvan Perişiç Xorvatiya klubu ilə müqaviləsini ləğv edib

İvan Perişiç Xorvatiya klubu ilə müqaviləsini ləğv edib
14.08.2024 14:20
Aa
dəq

Xorvatiya millisinin futbolçusu İvan Perişiç "Hayduk"la müqaviləsini ləğv edib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, buna təcrübəli yarımmüdafiəçinin baş məşqçi Cennaro Qattuzo ilə münaqişəsi səbəb olub.

35 yaşlı futbolçu qeyri-müəyyən müddətə kollektiv məşqlərdən kənarlaşdırılıdığı üçün klubla müqaviləni ləğv etmək qərarına gəlib.

Qeyd edək ki, "İnter" (İtaliya), "Bavariya" (Almaniya), "Tottenhem" (İngiltərə) kimi klublarda da forma geyinmiş İ.Perişiç bu mövsüm Xorvatiya təmsilçisinin heyətində cəmi 4 oyun keçirib.

Həftənin ən çox oxunanları