Əsas məzmuna keç

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatında üçüncü yer uğrunda oynayacaq

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatında üçüncü yer uğrunda oynayacaq
— Foto: Report.az

Azərbaycanın U-23 minifutbol millisi Xorvatiyada keçirilən dünya çempionatında finala vəsiqə qazana bilməyib. İlkin Hacıyevin baş məşqçisi olduğu komanda...

en ru

Azərbaycanın U-23 minifutbol millisi Xorvatiyada keçirilən dünya çempionatında finala vəsiqə qazana bilməyib. İlkin Hacıyevin baş məşqçisi olduğu komanda yarımfinalda Rumıniya yığmasına 0:2 hesabı ilə uduzub.

millisi turnirin üçüncü yeri uğrunda görüşdə Macarıstanla qarşılaşacaq. Macarıstan yarımfinalda Serbiyaya 0:5 hesabı ilə məğlub olub.

Azərbaycan komandası mundialın əvvəlki oyunlarında Birləşmiş Ərəb Əmirlikləri və Çexiya yığmalarını 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə üstələyib. Rumıniya ilə qrup mərhələsindəki görüş 3:3 hesabı ilə başa çatıb.

Kontekst

Xatırladaq ki, oktyabrın 15-də Azərbaycan millisinin yarımfinaldakı rəqibinin Rumıniya olacağı müəyyənləşmişdi. Həmin qarşılaşmanın vaxtı ilə saat 14:45-də başlaması planlaşdırılmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…