Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatının ilk oyununda Rumıniya ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb.
Azərbaycan komandasının heyətində Xəzər Ağalızadə 3-cü dəqiqədə, Nihad Ağayev 35-ci dəqiqədə, Fərid Abbasov isə 39-cu dəqiqədə fərqlənib. Beləliklə, yığma turnirdəki ilk matçından bir xalla ayrılıb.
Bu gün start götürən yarış oktyabrın 16-dək Xorvatiyada keçiriləcək. Azərbaycan U-23 millisinin dünya çempionatındakı ilk rəqibi Rumıniya olub. Komandaların görüşü 3:3 hesabı ilə yekunlaşıb.