Operativ Məlumat Mərkəzi

İtaliyanın hava məkanı iflic olub

1 dəq
Paylaş:
İtaliyanın hava məkanı iflic olub
ölkənin aviasektorunda dörd böyük şirkətin həmkarlar ittifaqının (Filt Cgil, Fit-Ci, Uiltrasporti, Ugl Ta) çağırışı ilə işçilər və bəzi pilotlar...

İtaliyada aeroport işçiləri kütləvi tətəilə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkənin aviasektorunda dörd böyük şirkətin həmkarlar ittifaqının (Filt Cgil, Fit-Ci, Uiltrasporti, Ugl Ta) çağırışı ilə işçilər və bəzi pilotlar 10.00-18.00 saatlarında 8 saatlıq tətil elan edib.

İşçilər kütləvi tətilə səbəb kimi iş müqavilələrinin 6 ildir yenilənməməsini göstərib.

Tətil nəticəsində Romanın Fiumicino aeroportunda 140 uçuşun, Milano Malpensa aeroportunda da 150 uçuşun ləğv edildiyi, ümumilikdə 250 min insanın bundan təsirlənəcəyi bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər