İtaliyanın paytaxtı Romanın dünyaca məşhur abidəsi olan Kolizeydə açar ilə öz adını həkk edərək tarixi abidəyə zərər vuran turistin axtarıldığı bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, əsl adı “Flavian Amfiteatr” olan Kolizeyin divarlarına turistin özünün və nişanlısının adını yazması ölkədə hiddətə səbəb olub.
Sosial mediada yayılan görüntülərə bir çox istifadəçi reaksiya verib.
Kolizeyə zərər vuran gənc turist tapılarsa, mədəni dəyərlərin qorunması ilə bağlı qanunlar çərçivəsində onu 15 min avro cərimə və 5 ilə qədər həbs cəzası alacağı gözlənilir.