İtaliya Rusiya səfirliyinin iki hərbi attaşesini ölkədən çıxarır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani "X" sosial şəbəkəsində yazıb.
"İtaliya hökuməti Roma prokurorluğunun apardığı istintaqla Rusiyanın İtaliyadakı səfirliyinin casusluq fəaliyyətində əli olduğu aşkarlanan iki hərbi attaşesini ölkədən çıxarmaq qərarına gəlib", - o qeyd edib.