İsveçrədə bütöv bir kənd sürüşmə təhlükəsi səbəbindən boşaldılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Qrisons kantonunun Brinz kəndinin səlahiyyətliləri nəhəng sürüşmə təhlükəsi səbəbindən sakinlərin təxliyə edildiyini açıqlayıb. Səlahiyyətlilər bildiriblər ki, 84 nəfərin hamısı evlərini tərk etmək məcburiyyətində qalıb.
Ekspertlər hesab edirlər ki, sürüşmənin həcmi 1,2 milyon kubmetrə qədər ola bilər. Geoloqlar qeyd ediblər ki, dağıntıların yuxarı hissəsi sutkada 28 santimetrdən çox sürətlə hərəkət edir və saatda 80 kilometr sürətə çata bilir.