Əsas məzmuna keç

İsveçin İrandakı səfirliyi Bakıda işləyəcək

İsveçin İrandakı səfirliyi Bakıda işləyəcək

Nazir Mariya Malmer Stenerqard Tehrandakı gərginliyə görə diplomatik missiyanın müvəqqəti Azərbaycan paytaxtına köçürüldüyünü bəyan etdi. Şok qərarın təfərrüatları:

en ru

İsveç diplomatlarını İrandan təxliyə edib, diplomatik missiya müvəqqəti olaraq Bakıda fəaliyyətini davam etdirir.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə İsveçin naziri Mariya Malmer Stenerqard öz "X" hesabında yazıb.

"İranda təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq İsveçin Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyin isveçli əməkdaşlarını müvəqqəti olaraq köçürmək qərarına gəlib. Səfirlik Bakıda işini davam etdirir.

Tehranda təhlükəsizliklə bağlı vəziyyət son dərəcə qeyri-müəyyən olaraq qalır. İsveçin Xarici İşlər Nazirliyi 2022-ci ildən İrana istənilən səfərlərdən çəkinməyi tövsiyə edir və İsveç vətəndaşlarını ölkəni tərk etməyə çağırır", - deyə nazir qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…