Əsas məzmuna keç

İstanbulda binanın çökməsi ilə bağlı axtarış-xilasetmə işləri başa çatıb

İstanbulda binanın çökməsi ilə bağlı axtarış-xilasetmə işləri başa çatıb

Maltepe rayonunda qismən çökən binanın dağıntıları altından 14 nəfər çıxarılıb, onlardan beşi həyatını itirib. Hadisə ilə bağlı binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İstanbul şəhərinin Maltepe rayonunun Cevizli məhəlləsində yaşayış binasında baş vermiş qismən çökmə nəticəsində həyata keçirilən axtarış-xilasetmə əməliyyatları tam yekunlaşıb. İstanbul Valiliyinin rəsmi açıqlamasına əsasən, səhər saat 06:15 radələrində dağıntılar altından sonuncu sakinin də nəşi çıxarıldıqdan sonra ərazidə xilasetmə fazası başa çatdırılıb və təmizləmə işlərinə başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, faciə nəticəsində ümumilikdə 5 nəfər — Gülcə Dora Turhan, Əhməd Məhəmməd İnan, Məsut Bilece, Hüseyn Özkurt və Zeynep İnan həyatını itirib. Dağıntılar altından ümumilikdə 14 nəfər xilas edilib, onlardan 4-ü hadisə yerində, biri isə çatdırıldığı xəstəxanada vəfat edib.

Təhlükəsizlik mülahizələri nəzərə alınaraq, çökmə təhlükəsi olan və bitişik yerləşən üç binadan (12, 25 və 27 nömrəli binalar) 55 sakin təcili təxliyə edilib. daxili işlər qurumları tərəfindən sığınacağa ehtiyacı olan 44 nəfər beşulduzlu otellərdə yerləşdirilib, həmçinin zərərçəkənlərə və ərazidə çalışan heyətə psixososial və maddi dəstək təşkil olunub. Miqyaslı əməliyyatlara 774 xilasedici, 237 xüsusi texnika, 2 dron və 10 xüsusi təlim keçmiş K9 iti cəlb olunub.

İstanbul Anadolu Baş Prokurorluğu faktla bağlı genişmiqyaslı başladaraq binanın memarı H.B. və tikinti sahəsinin məsul rəhbəri M.O.-nu saxlayıb. Daxili İşlər Nazirliyi isə binanın layihələndirilməsi və istismarı dövründə dövlət qulluqçularının mümkün səhlənkarlığını araşdırmaq üçün iki mülki müfəttiş təyin edib. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş və Vitse-prezident Cövdət Yılmaz həlak olanların ailələrinə başsağlığı verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…