Əsas məzmuna keç

İsrailin sabiq hərbi prokuroru ev dustaqlığına buraxılıb

İsrailin sabiq hərbi prokuroru ev dustaqlığına buraxılıb

Yeruşalminin ev dustaqlığı 10 gün çəkəcək. O, 55 gün müddətində ittiham olunduğu məsələdə iştirakı olan heç kimlə görüşə bilməz. Sözügedən şəxs...

İsraildə 5 gün əvvəl olunan sabiq hərbi , general-mayor Yifat Tomer Yeruşalmi ev dustaqlığına buraxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “The Times of Israel”ə istinadən xəbər verir ki, Yeruşalminin ev dustaqlığı 10 gün çəkəcək.

O, 55 gün müddətində ittiham olunduğu məsələdə iştirakı olan heç kimlə görüşə bilməz.

Sözügedən şəxs saxtakarlıq, etimadın sui-istifadə olunması, vəzifə səlahiyyətlərindən sui-istifadə, ədalətə mane olmaq və videomaterialın qanunsuz olaraq mətbuata sızdırılmasında günahlandırılır.

Qeyd edək ki, 2024-cü ilin avqustunda İsrail hərbçilərinin fələstinli məhkuma qarşı fiziki zorakılığını əks etdirən videomaterial yayılıb. Yifat Tomer Yeruşalmi ötən həftə videonun yayılmasında rolu olduğunu etiraf edib və istefa verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #həbs#prokuror
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…