Əsas məzmuna keç

İsrailin Qəzzaya hava zərbələri nəticəsində 28 nəfər ölüb

İsrailin Qəzzaya hava zərbələri nəticəsində 28 nəfər ölüb

Fələstin rəsmiləri İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 7-si uşaq olmaqla 28 nəfərin öldüyünü bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu zərbələrdən bir neçə saat əvvəl Baş Assambleyası dərhal atəşkəs tələb edən qətnamə qəbul edib.

Zərbələrdən biri gecə saatlarında baş verib və Nuseyrat qaçqın düşərgəsindəki evi dağıdıb.

Daha iki zərbə nəticəsində humanitar yardımın çatdırılmasını təmin edən yerli komitələrin tərkibində olan 15 nəfər həlak olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…