İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinə bir gecədə endirdiyi zərbələr nəticəsində azı 15 nəfər həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, iki yaşayış binası bombalanıb.
Telekanal həmçinin İsrailin sektorun mərkəzi hissəsində yerləşən Nuseyrat qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində 4 nəfərin öldüyünü bildirib.