İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hücumda 2 nəfər vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Livanın xəbər agentliyi "NNA" məlumat verib.
Belə ki, Livanın cənubundakı Hula qəsəbəsində bir evə hava hücumu həyata keçirilib. Hücum zamanı Nasife Mazrani və oğlu Məhəmmədin həyatını itirdiyi qeyd edilib.