Operativ Məlumat Mərkəzi

İsrailin baş naziri Netanyahu əməliyyat olunub

1 dəq
Paylaş:
İsrailin baş naziri Netanyahu əməliyyat olunub
Baş nazir Netanyahunun əməliyyat zamanı “tam anesteziya” altında olacağı bildirilib. Açıqlamaya görə, sağlamlıq müayinəsi zamanı yırtıq aşkarlanıb....

İsrail Baş nazirliyi Baş nazir Benyamin Netanyahunun yırtıq əməliyyatı keçirdiyini və əməliyyatın uğurla keçdiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Baş nazir Netanyahunun əməliyyat zamanı “tam anesteziya” altında olacağı bildirilib.

Açıqlamaya görə, sağlamlıq müayinəsi zamanı yırtıq aşkarlanıb.

İsrailin ədliyyə naziri və baş nazirin müavini Yariv Levin müvəqqəti olaraq Netanyahunun yerinə baş nazir vəzifəsini icra edəcək.

Netanyahunun müalicə olunduğu xəstəxanada uğurlu yırtıq əməliyyatı keçirdikdən sonra huşunun yerində olduğu və ailəsi ilə danışdığı bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər