ABŞ artıq Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilmir və buna görə də mübahisənin sülh yolu ilə həllinə başlanılmalıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə milyarder Devid Saks "X" sosial şəbəkəsindəki səhifəsində paylaş edib.
“ABŞ-ın Ukraynaya tədarük edəcək hava hücumundan müdafiə sistemləri yoxdur”.
Milyarder daha 61 milyard dolların bu faktı dəyişməyəcəyini yazıb.
Bu kontekstdə o, Ukraynada vəziyyət son iflasa çevrilənə qədər Moskva və Kiyev arasında münaqişənin sülh yolu ilə həllinə təşəbbüs göstərməyi təklif edib.