İsrail, blokada altındakı Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bəri təxminən 46 min israillinin işdən çıxarıldığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Əmək Nazirliyindən məlumat verilib.
Məlumatda ölkədəki işçi qüvvəsinin yüzdə 18-nin hazırda işləmədiyi qeyd olunub.
Açıqlamada bu vəziyyətin üç səbəbi kimi İsrailli fəhlə və qulluqçuların orduda xidmət etməsi, Qəzza ətrafı ərazidə yaşamaları və ya uşaqları ilə evdə qalmaları göstərilib.