İsrail və HƏMAS arasında hələ də davam edən danışıqlarda girovların dəyişdirilməsi və müvəqqəti atəşkəs haqqında razılıq əldə olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrailin Rəsmi Yayım Korporasiyası məlumat yayıb.
"4 günlük atəşkəs olacaq, humanitar yardım aparan yüzlərlə yük maşını Qəzzaya girəcək. Bu müddət ərzində 50 israilli məhbusun müqabilində 150 fələstinli məhbus azad ediləcək",-deyə qeyd olunub.
Həmçinin, İsrailin baş naziri Benyamin Netanyahu məhbus mübadiləsi sazişi çərçivəsində Qırmızı Xaçın hələ də azadlığa çıxmamış məhbuslara baş çəkəcəyini bildirib.