Operativ Məlumat Mərkəzi

İsrail Suriyanın mərkəzinə hücum edib

1 dəq
Paylaş:
İsrail Suriyanın mərkəzinə hücum edib
İsrail gecə saatlarında Suriyanın mərkəzinə hücum edib. "Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir kİ, Suriya Livanın hava...

İsrail gecə saatlarında Suriyanın mərkəzinə hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir kİ, Suriya Livanın hava məkanından endirilən zərbələr nəticəsində azı 5 nəfər ölüb, daha 19 nəfər yaralanıb.

Suriya dövlət mediasının xəbərinə əsasən, hücum zamanı ölkənin bir neçə hərbi hissələri hədəfə alınıb.

Həmin hərbi hissələrdə Rusiya və ABŞ qüvvələrinin də fəaliyyət göstərdiyi bildirilir.

Eyni zamanda raket zərbələri Suriyanın qərbində yerləşən Masyaf şəhəri yaxınlığında yanğına səbəb olub.

Suriya hava hücumundan müdafiə qüvvələri raketlərin bir qismini zərərsizləşdirib.

Yerli mətbuatın xəbərinə əsasən, hərbi bazaların hədəfə alınmasına baxmayaraq, həlak olanların hamısı mülki şəxslər olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər