Əsas məzmuna keç

İsrail səfiri Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib

İsrail səfiri Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib

İsrailin Azərbaycandakı səfiri Dik Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dik sosial şəbəkədəki səhifəsində paylaşım edib.

"Bu gün biz 1992-ci il Xocalı faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. İsrail adından xalqına başsağlığı verirəm", - diplomat qeyd edib.

Səfir belə cinayətlər qarşısında İsrail və Azərbaycanın birliyini vurğulayıb: “Bu cür faciələr bizə nifrətə və ədalətsizliyə qarşı birləşərək ümumi insanlığımızı müdafiə etmək borcumuzu xatırladır”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…