Əsas məzmuna keç

Bəqai: İranlılar Azərbaycanın dəstəyini xatırlayacaq

Bəqai: İranlılar Azərbaycanın dəstəyini xatırlayacaq

İran XİN rəsmisi İsmayıl Bəqai ABŞ-İsrail təcavüzünə qarşı Bakının nümayiş etdirdiyi həmrəyliyi təqdir edib. Tehranın siyahısında daha hansı dövlətlər var?

en ru

İran xalqı göstərdiyi həmrəyliyə görə azərbaycanlılara təşəkkür edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl "X" hesabında yazıb.

"Müsəlman ölkələri və bütün regionda, eləcə də dünyada vicdanlı, ədalət axtaran insanlar tərəfindən İran xalqının ABŞ-İsrail təcavüzünə qarşı müqavimətinə dəstək olaraq nümayiş etdirilən misilsiz həmrəylik dərindən təqdir olunur", paylaşımda bildirilib.

Bəqai İranla həmrəylik edən ölkələrin adlarını da açıqlayıb:

"İranlılar bütün dünyada, xüsusilə İraq, Yəmən, Livan, , Pakistan, Əfqanıstan, Hindistan, Fələstin və bir neçə Afrika ölkəsində, eləcə də Tacikistan, , Meksika, Kuba, Yaponiya, Fransa, Böyük Britaniya, Braziliya və hətta Birləşmiş Ştatların öz daxilində İran xalqına qarşı qanunsuz müharibəyə qarşı müqavimətə öz həmrəyliyini və dəstəyini ifadə edənləri xatırlayacaqlar".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…