İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi dekabrın sonunda Moskvadakı diplomatik missiyasını başa vurara, təqaüdə çıxacağını deyib.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, o bu barədə jurnalistlərin sualını cavablandırarkən bildirib.
"Mənim davamçım olacaq. O, çox istedadlıdır. Onun adı Simona Halperindir. O, mənim səlahiyyət müddətim bitən gün gələcək", - deyə səfir əlavə edib.
Qeyd edək ki, Ben Zvi 2020-ci ilin noyabr ayından İsrailin Rusiyadakı səfiridir.