İsrail səfiri: Biz HƏMAS təhlükəsini aradan qaldıracağıq

İsrail səfiri: Biz HƏMAS təhlükəsini aradan qaldıracağıq
09.10.2023 19:09
Aa
dəq

"Oktyabrın 7-si Holokostdan sonra yəhudi tarixində ən qara gün kimi yadda qalacaq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik son hadisələrlə bağlı mətbuata açıqlamasında bildirib.

“HƏMAS terrorçuları qadınlarımızı və kişilərimizi, oğullarımızı və qızlarımızı öldürmək, zorlamaq və qaçırmaq üçün İsrailin cənubundakı şəhərlərimizi zəbt edərək raket atdığı zaman sürpriz bir müharibə başladı.

700-dən çox israilli ölüb, 100-dən çox adam qaçırılıb və 2000-dən çox insan yaralanıb.

Hücum vaxtı sürpriz olsa da, qəddarlıq sürpriz deyildi.

HƏMAS bir soyqırımı təşkilatıdır, onun liderləri açıq şəkildə bütün yəhudilərin öldürülməsindən danışır.

Bu, onların nizamnaməsində yazılıb.

Nifrət mədəniyyəti bu barbarlığın səbəbidir.

Bu gün baş verənlər İsraildə görünməmiş bir hadisədir və biz bunun bir daha baş verməyəcəyinə əmin olacağıq”, - diplomat əlavə edib.

Onun sözlərinə görə, İsrail ordusu HƏMAS-ın imkanlarını məhv etmək üçün dərhal bütün gücünü işə salacaq: “Biz HƏMAS təhlükəsini aradan qaldıracağıq. Bu müharibədir. Təəssüf ki, bu, İsrail tarixində faciədən qalxmalı olduğumuz ilk müharibə olmayacaq.

Əvvəllər də hücuma məruz qalırdıq, sayca az idik, qəfil yaxalanırdıq. Biz Yom Kippur müharibəsinin 50 illiyini qeyd etdik, o müharibənin ki, Ərəb dünyasının orduları İsraili işğal etmək istəyirdi. Sonda İsrail ordusu Qahirə və Dəməşqin qapılarında idi. Bu dəfə də Yaxın Şərq reallığını dəyişəcəyik”.

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu