Operativ Məlumat Mərkəzi

İsrail qoşunları Qəzzada uşaq xəstəxanasını atəşə tutub

1 dəq
Paylaş:
İsrail qoşunları Qəzzada uşaq xəstəxanasını atəşə tutub
bu barədə məlumatı anklavın Səhiyyə Nazirliyi özünün "Telegram" kanalında yayıb. Bildirilib ki, sentyabrın 16-da axşam saatlarında xəstəxananın yuxarı...

Qəzzanın inzibati mərkəzində yerləşən Ər-Rantisi Uşaq Xəstəxanası İsrail Silahlı Qüvvələrinin hücumuna məruz qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı anklavın Səhiyyə Nazirliyi özünün "Telegram" kanalında yayıb.

Bildirilib ki, sentyabrın 16-da axşam saatlarında xəstəxananın yuxarı mərtəbələri bir neçə dəqiqəlik fasilələrlə üç dəfə atəşə tutulub.

Qeyd olunur ki, Ər-Rantisi xəstəxanasında xərçəng, böyrək, tənəffüs və həzm sistemi xəstəliklərindən əziyyət çəkən, həmçinin yeni doğulmuş uşaqlar müalicə olunur.

Hücumdan sonra xəstələrin yarısının xəstəxananı tərk etməyə məcbur qaldığı və terapiyanı davam etdirə bilmədiyi bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər