Əsas məzmuna keç

İsrail qoşunları Qəzzada uşaq xəstəxanasını atəşə tutub

İsrail qoşunları Qəzzada uşaq xəstəxanasını atəşə tutub

bu barədə məlumatı anklavın Səhiyyə Nazirliyi özünün "Telegram" kanalında yayıb. Bildirilib ki, sentyabrın 16-da axşam saatlarında xəstəxananın yuxarı...

Qəzzanın inzibati mərkəzində Ər-Rantisi Uşaq Xəstəxanası İsrail Silahlı Qüvvələrinin hücumuna qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı anklavın özünün "" kanalında yayıb.

Bildirilib ki, sentyabrın 16-da axşam saatlarında xəstəxananın yuxarı mərtəbələri bir neçə dəqiqəlik fasilələrlə üç dəfə atəşə tutulub.

Qeyd olunur ki, Ər-Rantisi xəstəxanasında xərçəng, böyrək, tənəffüs və həzm sistemi xəstəliklərindən çəkən, həmçinin yeni doğulmuş uşaqlar müalicə olunur.

Hücumdan sonra xəstələrin yarısının xəstəxananı tərk etməyə məcbur qaldığı və terapiyanı davam etdirə bilmədiyi bildirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…