İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri son üç saat ərzində Qəzza zolağında fələstinli radikalların 130 obyektinə zərbələr endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Son gün ərzində Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Qəzza zolağının bütün uzunluğu və eni boyunca irimiqyaslı zərbələr endirib, HƏMAS terrorçuları məhv edilib. Yalnız son üç saat ərzində onlarla təyyarədən istifadə etməklə təxminən 130 hədəfə hücum edilib. Hücum mərkəzi Beyt Hanun, Sacaya, Əl-Furqan və Rimal şəhərləri olub".