İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında HƏMAS ilə döyüşlərdə daha üç hərbçisini itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd edilib ki, ən azı yeddi hərbçi ağır yaralanıb.
Beləliklə, quru əməliyyatı başlayandan bəri döyüş bölgəsində 137 IDF əsgəri ölüb. Münaqişənin kəskinləşməsindən bəri İsrail ordusunun ümumi itkiləri 469 nəfərə çatıb.