Qəzza zolağında quru əməliyyatı başlayandan bəri İsrail Müdafiə Qüvvələri (IDF) 300 yeraltı tunel də daxil olmaqla 15 min hədəfi məhv edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü Piter Lerner brifinq zamanı bildirib.
“Mən bildirə bilərəm ki, Qəzzaya hücumun 38 günü ərzində 15 min hədəfi, o cümlədən 300 yeraltı tunelin məhv edilməsi də daxil olmaqla, bir sıra mühüm nəticələr əldə etmişik”.