Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan 10 israilli və 4 tailandlı əsir artıq Misirdədir və İsrailə doğru gedir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
“Bir müddət əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri əsirlikdən azad edilmiş 10 israilli və 4 Tailand vətəndaşını Misirə təhvil veriblər".