Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İsrail və HƏMAS arasında əldə edilən "humanitar fasilənin" uzadılması üçün intensiv danışıqların davam etdiyini və Qəzzada "əsl humanitar atəşkəsə" ehtiyac olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Quterreş BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında qeyd edib.
İsrail və HƏMAS arasında əldə edilən “humanitar fasilənin” uzadılması üçün intensiv danışıqların davam etdiyini bildirən Quterreş, "Qəzza xalqı dünyanın gözü qarşısında epik bir humanitar fəlakətin ortasındadır. Biz buna arxa çevirə bilmərik", - deyə vurğulayıb